Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-09-18 15:00:00

“Rəqəmsal mühitdə sülh və insan hüquqları” mövzusunda tədbir keçirilib

21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Naxçıvan Dövlət Universitetində “Rəqəmsal mühitdə sülh və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər arasında rəqəmsal savadlılığın artırılması, internetdən təhlükəsiz və düzgün istifadənin təşviqi, həmçinin rəqəmsal hüquq və azadlıqlar barədə maarifləndirmənin gücləndirilməsi olub.
Tədbirdə Nazirliyin əməkdaşı İnci Həsənova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Şəbnəm Hüseynova çıxış edərək rəqəmsal mühitdə insan hüquqlarının qorunmasının, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsinin, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin, eləcə də onlayn məkanda qarşılıqlı hörmətə və sağlam ünsiyyətə əsaslanan mühitin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində rəqəmsal texnologiyaların yaratdığı imkanlar və çağırışlar, gənclərin rəqəmsal hüquq və vəzifələri, həmçinin informasiya təhlükəsizliyi ilə bağlı məsələlər barədə məlumat verilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” çərçivəsində təşkil olunub.

img Kopyala
Kopyalandı ✓