Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Tarix

Fəaliyyətlər və inkişaf xronologiyası

1917

 

  • Naxçıvan qəzasında 5 poçt-teleqram şöbələri və bu şöbələrin ümumi uzunluğu 125 kilometr olan teleqram-telefon xətti olmuşdur.

1918

  • Mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yaradılmışdır. ADR yarandığı gündən ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlər görmüşdür.
  • Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi yaradılmışdır. Məlikaslanov, A. Aşurov, C. Hacınski ilk rabitə nazirləri olmuşlar.

1920

  • Aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulmuş və Poçt və Teleqraf komissarlığı yaradılmışdır.
  • 1920-ci il tarixli qərarı əsasında Naxçıvan Rabitə Şəbəkəsinin yaradılması haqqında layihə təsdiq edilmiş və rabitə stansiyasının mərkəzi Naxçıvan şəhərində olmaqla, Şahtaxtı, Culfa, Yaycı və Ordubadda da rabitə məntəqələrinin yaradılması qərara alınmışdır.

1921

  • 24 iyulda Naxçıvanda Poçt-Teleqraf Rabitə Komissarlığı fəaliyyət göstərmişdir

1926

  • 17 mart tarixli "Naxçıvan MSSR-nin telefonlaşdırılması haqqında" qərar qəbuledilmiş və həmin qərara əsasən, ilk növbədə, Naxçıvan-Qıvraq-Baş Noraşen və Naxçıvan-Cəhri-Şahbuz-Biçənək xətti, ikincinövbədə isə Naxçıvan-Culfa-Ordubad-Parağa xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.

1930

  • Naxçıvanda yerli radio fəaliyyətə başlayıb.

1932

  • Noyabrın 6-dan Azərbaycan dilində müntəzəm radio verilişləri efirə çıxmış, ilk dəfə naqilli radio yayımı fəaliyyətə başlamışdır.
  • Ordubadda, Culfada, Şərur və Şahbuzda 30 yerdə radio qovşağı quraşdırılmışdır.

1946

  • 30 mart tarixdən komissarlıq Naxçıvan Vilayət Rabitə İdarəsinə çevrilmişdir.

1963

  • Muxtar respublikada ilk televiziya yayımı fəaliyyətə başlayıb.

 

1993-2003

  • Məlum olan səbəblərdən 1985-1993-cü illərdə rabitənin inkişaf sürəti kəskin zəifləmişdi.
  • Lakin 1993-cü ildə respublikanın Prezidenti seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində rabitənin inkişafında II mərhələ başlamışdır. Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş, rabitə sahəsinin inkişafında əsil dönüş də bundan sonra başlamışdır.
  • 1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın “Motorola” şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən “Baksell”, Türkiyə rabitəçiləri ilə “Azərsell” və digər birgə müəssisələr yaradılmışdır.
  • Bütün bunlar Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun yeni mərhələsi idi.
  • Təsadüfi deyil ki, ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırmışdır. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verilmişdir.
  • 1998-2003-cü illərdə  Naxçıvan Muxtar Respublikası başdan-başa telefonlaşdırılmışdır.
  • 1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılmış, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılmış, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulmuş, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunmuş, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılmış, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edilmişdir.
  • ХХ əsrin sonlarında, XXI əsrin əvvəlində Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" təsdiq edilməsi haqqında sərəncamı olub və bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulmuşdur.