Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Ana səhifə Nazirlik Bizə yazın
Bizə yazın

ELEKTRON MÜRACİƏTLƏR SİSTEMİ

Hər bir şəxs “Elektron müraciətlər sistemi” vasitəsilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək öz təklif, ərizə, şikayət və sorğularını göndərə bilər. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə rəsmi internet sayt vasitəsilə elektron formada göndərilmiş müraciətlər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun qeydiyyata alınır və baxılır.



 

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə elektron formada müraciət göndərərkən aşağıdakı qaydalara riayət edilməsini xahiş edirik:


      1. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.


      2. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.


      3. Müraciətin mətnində təhqirə və böhtana yol verildikdə müraciətə baxılmır.

digital login