Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Poçt

Azərbaycanda poçt xidmətləri Səfəvilər sülaləsi dövründə (XVI əsr) inkişaf etməyə başlamışdır. Naxçıvan Muxtar Respublikasında poçt şəbəkəsinin formalaşması isə XIX əsrin əvvəllərinə təsadüf edir. Rəsmi məlumatlara görə, 12 mart 1828-ci ildə Naxçıvanda ilk poçt ekspedisiyası təşkil edilmiş, 1830-cu ildə isə şəhərdə birinci dərəcəli poçt kontoru (poçt xidmətlərinin göstərildiyi rəsmi idarə və ya məntəqə) fəaliyyətə başlamışdır. Bu, Naxçıvanın regionda erkən poçt mərkəzlərindən biri olduğunu göstərir. XIX əsrin ikinci yarısında poçt şəbəkəsi daha da genişlənmiş və xüsusilə Culfa rayonu mühüm rol oynamışdır. 1863–1872-ci illərdə Tiflis ilə Culfa arasında poçt rabitəsi qurulmuş, burada poçt şöbəsi yaradılmış və İranla İslam Respublikası ilə beynəlxalq məktub mübadiləsi həyata keçirilmişdir. Bu, Naxçıvanın beynəlxalq poçt əlaqələrinə qoşulmasına şərait yaratmışdır. Bundan əlavə, Naxçıvan Dövlət Arxivində saxlanılan sənədlər arasında Culfa post-teleqraf kontoruna aid materialların olması onu da göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində bölgədə poçt və teleqraf şəbəkəsi artıq inkişaf etmiş vəziyyətdə idi.

1918-ci ilin 15 sentyabrında Azərbaycan Cumhuriyyətinin Rabitə Nazirliyi yaranandan sonra Naxçıvan şəhərində ilk poçt kontoru açılmışdır. 1920-ci illərdə əhalinin tələbatini qismən ödəyən rabitə xidmətləri inkişaf etmiş, Ordubadda, Culfada, Şərurda poçt-teleqraf şəbəkələri qurulmuşdur. Naxçıvan şəhərində isə poçt-teleqraf agentliyi taradılmşdır. Şahbuz, Əbrəqunus rayon mərkəzlərində poçt-teleqraf şöbələrinin fəaliyyətə başlaması həmin dövrə təsadüf edir. Ümumiyyətlə, 1930-cu illər ərzində Naxçıvanın bütün rayon mərkəzlərində poçt məntəqələri yaradılmış və  kəndlərə xidmət etmək üçün poçtalyonlar ayrılmaqla əhali tamamilə poçt rabitəsi xidməti ilə təmin olunmuşdur. Sonrakı dövrlərdə isə Naxçıvanda əhaliyə göstərilən poçt və teleqraf xidmətlərinin keyfiyyət və kəmiyyət göstəriciləri daha da inkişaf edərək teleqraf xətlərinin uzunluğu 525 kilometrə çatdırılmışdır. Ümumilikdə, bu tarixi inkişaf nəticəsində Naxçıvanda poçt sistemi tədricən genişlənmiş, müxtəlif yaşayış məntəqələrini əhatə edən regional şəbəkəyə çevrilmiş və müasir dövrdə də fəaliyyətini davam etdirərək inkişaf etməkdədir.