Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-07-27 15:49:00

Azərbaycanda kraudfandinqin hüquqi əsasları yaradıldı: Prezident Fərman imzaladı

"Kraudfandinq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ölkəmizdə maliyyə bazarlarının inkişafı istiqamətində mühüm institusional addımdır. Fərman yeni hüquqi mexanizmin şəffaf, etibarlı və səmərəli tətbiqini təmin etməklə yanaşı, kraudfandinq fəaliyyətinin dövlət tənzimlənməsinin əsas prinsiplərini müəyyən edir.

Kraudfandinq innovativ layihələrin, startapların, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsində dünyada geniş tətbiq olunan müasir maliyyə alətidir. Ölkəmizdə bu sahənin hüquqi çərçivəyə salınması investisiya mühitinin daha da yaxşılaşdırılmasına, maliyyə bazarının şaxələndirilməsinə və alternativ maliyyələşmə imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Fərmanın mühüm üstünlüklərindən biri kraudfandinq platformalarının Azərbaycan Respublikasının Mərkəzi Bankının tənzimləyici nəzarəti altında fəaliyyət göstərməsidir. Bu yanaşma investorların hüquqlarının etibarlı şəkildə qorunmasına, platformaların təhlükəsiz və şəffaf fəaliyyətinə, risklərin minimuma endirilməsinə və maliyyə bazarında etimadın daha da güclənməsinə xidmət edəcək.
Yeni hüquqi mexanizm sahibkarlar və startaplar üçün əlavə maliyyə mənbələri formalaşdıracaq, vətəndaşlara isə kiçik məbləğlərlə investisiya qoymaq imkanı yaradacaq. Eyni zamanda, maliyyə savadlılığının və investisiya mədəniyyətinin inkişafına, innovativ maliyyə alətlərindən istifadənin genişlənməsinə də mühüm töhfə verəcək.

Nəticə etibarilə, bu Fərman rəqəmsal maliyyə xidmətlərinin inkişafını sürətləndirəcək, innovasiya ekosistemini gücləndirəcək, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsini təşviq edəcək və Azərbaycanın maliyyə bazarının beynəlxalq standartlara uyğun inkişafına mühüm töhfə verəcək.

img Kopyala
Kopyalandı ✓