Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC
location icon

Naxçıvan şəhəri, Atatürk küçəsi 1

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 17 dekabr tarixli Fərmanına əsasən Nazirliyin tabeliyində olan “Naxçıvanpoçt”  və “Naxçıvan Telekom” MMC-lər, o cümlədən “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” Publik Hüquqi Şəxs birləşdirilməklə yaradılıb.
Mərkəzin əsas məqsədi poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, xərclərin optimallaşdırılması, texniki və insan resurslarından səmərəli istifadə, eləcə də müasir xidmət modellərinin tətbiqidir. Bu struktur vasitəsilə poçt rabitəsi, internet və digər rəqəmsal xidmətlər üzrə planlaşdırma, istismar, inkişaf və nəzarət funksiyalarının koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəzin fəaliyyət istiqamətləri sırasında poçt və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, fiber-optik və rəqəmsal şəbəkələrin genişləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron xidmətlərin tətbiqi, vahid texniki standartların formalaşdırılması, kadr potensialının gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.