Xəbərlər
2026-07-30 17:20:00
Ordubadda vətəndaş qəbulu keçirilib
İyulun 30-da Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Ordubad rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Azər Məmmədrəhimov Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Vətəndaş qəbulu zamanı telekommunikasiya, poçt, nəqliyyat və məşğulluq sahələri ilə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı il üzrə rayonlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq təşkil olunub.
Kopyala