Xəbərlər
2026-03-04
Nazirliyin nümayəndəsi informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi ilə bağlı tədbirdə iştirak edib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Bakıda “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə 150-dən çox dövlət qurumunun informasiya təhlükəsizliyi sahəsinə məsul nümayəndələri, o cümlədən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri Etibar Əjdərov iştirak edib.
Tədbirin məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli və effektiv idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, mövcud təhdidlərə qarşı vahid yanaşmanın formalaşdırılması və risklərin uçotu üçün praktik tətbiq alətlərinin təqdim edilməsi olub.
Tədbir çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb və müvafiq təqdimatlar keçirilib. Eyni zamanda iştirakçıları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılıb və praktiki tətbiq mexanizmləri ilə bağlı suallar cavablandırılıb.
Kopyala