Xəbərlər
2026-05-10 12:45:00
Nazirliyin kollektivi Ulu Öndərin abidəsini ziyarət edib
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumlarının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra kollektiv üzvləri Heydər Əliyev Muzeyini ziyarət edərək Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış olublar. Muzeydə nümayiş etdirilən fotoşəkillər, sənədlər, şəxsi əşyalar və müxtəlif tarixi materiallar Ulu Öndərin Azərbaycanın ictimai-siyasi həyatındakı misilsiz rolunu əks etdirib.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və müasir inkişaf yolunun formalaşmasında misilsiz rol oynamış, xalqımızın qəlbində əbədi yaşayacaq böyük Lider olmuşdur. Onun zəngin siyasi irsi, uzaqgörən siyasəti və xalqına sonsuz sədaqəti gələcək nəsillər üçün daim örnək olaraq qalacaqdır.
Kopyala