Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-09-26 11:40:00

Nazirliyin əməkdaşları “HUAWEI CONNECT 2026” tədbirində iştirak ediblər

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları Çinin Şanxay şəhərində keçirilən “HUAWEI CONNECT 2026” beynəlxalq tədbirində iştirak ediblər.
Tədbir çərçivəsində əməkdaşlar süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahəsində təqdim olunan müasir həllərlə tanış olub, bu istiqamətlər üzrə yeni texnoloji yanaşmalar və tətbiq imkanları barədə məlumat əldə ediblər.
Səfərin növbəti mərhələsində Nazirliyin əməkdaşları Çendu şəhərində yerləşən, Huawei-nin süni intellekt texnologiyaları üzrə əsas mərkəzlərindən biri olan AI Data Center-ə səfər ediblər. Səfər zamanı süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin infrastrukturu, hesablama resursları və müasir rəqəmsal həllər barədə təqdimatlar keçirilib.
Görüşlər çərçivəsində rəqəmsal texnologiyaların inkişafı, süni intellektin müxtəlif sahələrdə tətbiqi və qabaqcıl texnoloji həllərin imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

img Kopyala
Kopyalandı ✓