Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-05-12 17:15:00

Naxçıvanda “Nakhchivan Global Youth Forum 2026” beynəlxalq forumu keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan forum Azərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.
Yerli və əcnəbi gənclərin iştirakı ilə keçirilən forumda qlobal çağırışlar, innovativ yanaşmalar, süni intellekt, rəqəmsal transformasiya və gələcəyin peşələri müzakirə olunub.
Forum çərçivəsində “Gələcəyin peşələri: Süni İntellekt Dövründə Gənclərin Rolu” mövzusunda keçirilən panel sessiyasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Kənan Hüseynəliyev də çıxış edib.
Panel zamanı süni intellektin əmək bazarına təsiri, gələcəyin peşələri, rəqəmsal transformasiya, innovasiya və gənclərin rəqabətqabiliyyətli bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

img Kopyala
Kopyalandı ✓