Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-05-07 12:28:00

Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçiriləcək

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçiriləcək.

Festivalın əsas məqsədi innovativ və rəqəmsal həllər vasitəsilə şəhər və kəndlərin inkişafına töhfə verəcək ideyaların dəstəklənməsi, həmçinin gənclərin və startap ekosisteminin inkişafının təşviq edilməsidir.

Tədbir çərçivəsində müxtəlif rəqəmsal mövzularda panel müzakirələrinin keçirilməsi, yerli və xarici şirkətlərin iştirakı, innovativ layihələrin təqdimatı, eləcə də şəbəkələşmə və təcrübə mübadiləsi imkanlarının yaradılması nəzərdə tutulur.

Festivalın yekununda keçiriləcək startap müsabiqəsində 4 kateqoriya üzrə hər birində 3 qalib müəyyən edilərək mükafatlandırılacaq.

Festival Naxçıvan şəhərində, Böyük bağ ərazisində 22 may tarixində saat 10:00-da keçiriləcək.

Tədbirdə iştirak etmək istəyən şəxslər 17 may tarixinədək təqdim olunan qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdgNObk9w-dkNYR3HXctNWzG1m6jRfdCTDpAt9g_gROk-IZqQ/viewform?usp=publish-editor

img Kopyala
Kopyalandı ✓