Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-07-24 14:40:00

Fövqəladə hallara hazırlıq mövzusunda maarifləndirici tədbir keçirilib

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının və tabeli qurumların iştirakı ilə “Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlığın vəziyyəti və fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Azər Seyidov fövqəladə hallara hazırlığın insan həyatının və əmlakın qorunmasında mühüm əhəmiyyət daşıdığını bildirib. O, belə maarifləndirici tədbirlərin əməkdaşların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin fövqəladə vəziyyətlərə operativ və düzgün reaksiya vermə vərdişlərinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Nurlan Sadiqov və Nurlan Məmmədov müəssisə və təşkilatlarda hazırlıq səviyyəsinin əhəmiyyəti, eləcə də fövqəladə vəziyyətlər zamanı davranış qaydaları barədə məlumat veriblər. Natiqlər muxtar respublika ərazisi üçün xarakterik risklərdən, onların xüsusiyyətlərindən, mənzillərdə qaz cihazlarından təhlükəsiz istifadə qaydalarından və yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələrindən bəhs ediblər.

Tədbir zamanı iştirakçılara yanğın baş verdikdə atılmalı olan ilk addımlar və odsöndürücü balonlardan praktiki istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formatda davam edən tədbir çərçivəsində mövzuya dair slaydlar təqdim olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

img Kopyala
Kopyalandı ✓