Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-09-26 12:45:00

Anım Günü ilə əlaqədar qanvermə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "27 sentyabr – Anım Günü” ilə əlaqədar könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyada Nazirliyin və “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin əməkdaşları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qan Bankı və Qanköçürmə Mərkəzinin həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini qiymətləndirdikdən və anemiya testi etdikdən sonra tibbi tələblərə cavab verən könüllülərin aksiyada iştirakına icazə verilib.
Könüllü qanvermə aksiyası talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq, qan ehtiyatlarının artırılmasına töhfə vermək məqsədi daşıyıb.
İştirakçılar şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb, belə təşəbbüslərin həmrəylik və humanizm dəyərlərinin yaşadılması baxımından əhəmiyyətini vurğulayıblar.

img Kopyala
Kopyalandı ✓