"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Windows 11 yaxın zamanda yenilənmiş Styart menyusunu əldə edəcək

Şəbəkə mənbələrinin verdikləri məlumata görə, Microsoft şirkəti Windows 11-də Start menyusunun əhəmiyyətli dərəcədə yenilənməsi üzərində çalışır. Gözlənildiyinə görə, bu yeniləmə “Pinned” və “Recommended” bölmələrini tətbiqlər siyahısı ilə birləşdirərək vahid interfeys daxilində təqdim edəcək. Bundan əlavə, Start menyusu daha geniş olacaq, bu da daha çox tətbiqin sabitlənməsinə imkan verəcək və bu bölmədəki bütün elementlər avtomatik şəkildə göstəriləcək. Yenilənmiş Start menyusu elementlərin görünüşünü fərdiləşdirmək baxımından daha çox imkanlar təqdim edəcək.

Məsələn, istifadəçilər adətən yeni quraşdırılmış tətbiqlər və ya son açılmış faylların göstərildiyi “Recommended” bölməsini sabitlənmiş tətbiqlərin altından tamamilə silə biləcəklər. Yeni Start menyusunu Windows Insider öncədən qiymətləndirmə proqramı iştirakçıları üçün əlçatan olan Windows 11-in son beta versiyasında ilk görənlərdən biri sosial şəbəkə X istifadəçisi @phantomofearth olub və o bu barədə öz səhifəsində məlumat paylaşıb. Yenilənmə hələ rəsmi şəkildə elan olunmayıb, lakin Microsoft-un illik Build inkişaf etdirici konfransının may ayında keçiriləcəyini nəzərə alsaq, yaxın həftələrdə proqram nəhənginin yeni Start menyusu barədə daha ətraflı məlumat verəcəyi gözlənilir.