Haqqımızda
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ictimai nəqliyyat, rabitə, telekommunikasiya və poçt, elektron hökumət, yüksək texnologiyalar, informasiya kommunikasiya texnologiyaları, rəqəmsallaşma, data idarəçiliyi, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar sahəsində dövlət siyasətini tətbiq edir və tənzimlənməsini həyata keçirir.
Xidmətlərimiz
Naxçıvan Muxtar Respublikasında rəqəmsal infrastrukturu inkişaf etdirmək, telekommunikasiya xidmətlərini genişləndirmə, ictimai nəqliyyat və poçt sahəsində sakinlərə müasir xidmətlər təqdim etmək, o cümlədən bu çərçivədə, yeni fiber-optik magistral şəbəkələrin yaradılması və mövcud şəbəkələrin yenilənməsi Nazirliyin başlıca vəzifələrindəndir.
Telekommunikasiya
Müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə əhalinin telekommunikasiyaya olan tələbatının ödənilməsini həyata keçirir.
Poçt
Muxtar respublikada vətəndaşların rahatlığını təmin etmək, əlavə vaxt itkisinin qarşısını alaraq əhaliyə geniş çeşiddə keyfiyyətli poçt-maliyyə xidmətləri ilə təmin edir, yüksək standartlara uyğun poçt xidmətləri göstərir.
Nəqliyyat
Muxtar respublikada ictimai nəqliyyat sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımaları və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarını, o cümlədən müasir nəqliyyat xidmətlərini həyata keçirir.