"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp Web-də çoxdan gözlənilən funksiya test edilir

Testçilər WhatsApp messencerinin yeni beta versiyasında son dərəcə faydalı bir yenilik aşkar ediblər. Bu funksiya, mobil və masaüstü tətbiqlərlə müqayisədə funksionallıq baxımından xeyli geri qalan WhatsApp-ın veb versiyasındakı əsas problemi həll etməyə yönəlib. WABetaInfo portalının məlumatına görə, messencerin veb versiyası nəhayət gözlənilən audio və video zəng funksiyasını əldə edəcək. Bu funksiya masaüstü versiyada olduğu kimi işləyəcək. Artıq yenilənmiş veb interfeysi göstərən ekran görüntüsü də internetdə yayılıb. Güman olunur ki, danışıq zamanı istifadəçilər audio və video zəng arasında keçid edə biləcəklər. Bu yeniliyin yaxın zamanda istifadəyə verilməsi gözlənilir, lakin yeniləmənin dəqiq tarixi hələ məlum deyil - çünki funksiya hazırda sınaq mərhələsindədir.