"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Vakant vəzifələr üzrə müraciət etmiş namizədlərlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda mövcud olan vakant vəzifələr üzrə müxtəlif vaxtlarda nazirliyə işə qəbul olunmaq üçün müraciət etmiş namizədlərlə müsahibə keçirilib.
Prosesin şəffaf və obyektiv keçirilməsi məqsədilə nazirliyin, habelə tabe qurumların rəhbər işçilərindən ibarət müsahibə komissiyasının üzvləri tərəfindən namizədlərin bilik və bacarıqları, peşəkar hazırlıq səviyyələri, həmçinin vəzifəyə uyğunluq meyarları yoxlanılıb, eləcə də müraciət və təklifləri dinlənilib. Müsahibəyə dəvət edilmiş 21 nəfər şəxsdən 13 nəfəri müsahibədə iştirak edib.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin dövlət idarəçiliyi, rəqəmsal transformasiya, nəqliyyat və rabitə sahəsində mövcud trendlər üzrə bilikləri, analitik düşünmə qabiliyyətləri və təşəbbüskarlıq meyilləri xüsusi qiymətləndirilib.
Məqsəd – Nazirliyin və tabeliyindəki qurumların fəaliyyətində peşəkarlığın və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu istiqamətdə kadr siyasəti daim təkmilləşdirilir və vakant vəzifələrin ixtisaslı kadrlarla təmin olunması diqqət mərkəzində saxlanılır.
Qazi və qazi ailəsi üzvünün də iştirak etdiyi müsahibədə namizədlərin ixtisas səviyyəsi, peşə bacarıqları və təqdim olunan vakansiyalara uyğunluğu diqqətə alınaraq, münasib hesab edilən şəxslərin qanunamüvafiq qaydada işlə təmin olunması istiqamətində növbəti addımlar atılacaq.