"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
Rahid Ələkbərli Kəngəli rayonunda vətəndaş qəbulu keçirib
Aprelin 22-də Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində əzəmətlə ucalan abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Sağlamlıq imkanları məhdud şəxsin ailə üzvünün də iştirak etdiyi qəbulda vətəndaşlar internet, telekommunikasiya, o cümlədən nəqliyyat və poçt xidmətləri ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən il ərzində muxtar respublikanın digər rayonlarında da vətəndaş qəbulu həyata keçiriləcəkdir.