"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda əlilliyi müəyyən olunmuş şəxslərə avtomobil və səyyar kofe evləri təqdim edilib

Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş və Çernobil AES nəticələrinin aradan qaldırılması zamanı xəsarət alan və əlilliyi müəyyən olunmuş 12 nəfərə avtomobil, həmçinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası məqəsdilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş, eləcə də özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunmaq üçün müraciət edən şəxs olmaqla 2 nəfərə səyyar kofe evi təqdim edilib.

Dekabrın 24-də avtomobillərin və səyyar kofe evlərinin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli avtomobil təqdim olunan və məşğulluğu təmin olunan şəxslərlə görüşüb.

Səlahiyyətli nümayəndə qeyd edib ki, 2023-2024-cü illər xalqımız üçün əlamətdar hadisələrlə yadda qalır. Azərbaycanın bütün ərazilərində suverenliyimiz təmin olunub. Bu nailiyyətlərin əldə olunmasında müharibə iştirakçıları və qazilərin rolu, əməyi danılmazdır. Dövlətimiz hər zaman onların Vətən qarşısındakı fədakarlıqlarını yüksək qiymətləndirir, bu kateqoriyadan olan şəxslərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür.

Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu, bu tədbirlər çərçivəsində əhalinin rifah halının yüksəldilməsi tədbirlərinin bundan sonra da davam etdirələcəyini bildirib, hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli 12 nəfərə avtomobillərin açarlarını, məşğulluq proqramına cəlb edilmiş 2 nəfərə isə səyyar kofe evlərinin açarlarını və müqavilələrini təqdim edib.

Səlahiyyətli nümayəndə sonda təqdim olunan avtomobillərə və səyyar kofe evlərinə baxıb, avtomobil təqdim olunan və məşğulluğu təmin edilən şəxslərin hər birinə cansağlığı arzulayıb.