"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

23 iyunda Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində  Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Nazirliyin Aparat rəhbəri Əziz Hümbətov iştirakçıları salamlayaraq, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimovun təbriklərini çatdırıb, dövlət qulluğunun cəmiyyətin inkişafında və dövlət idarəçiliyindəki əhəmiyyətindən bəhs edib. O, dövlət qulluqçularının fəaliyyətinin şəffaflıq, məsuliyyət və peşəkarlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Nazirliyin həyata keçirdiyi rəqəmsal layihələrin və bu sahədəki yeniliklərin əhəmiyyətini qeyd edərək, bu uğurlarda dövlət qulluqçularının əvəzsiz rolunu xüsusi qeyd edib.
Sonra Nazirliyin digər əməkdaşları vətəndaş məmnunluğuna əsaslanan dövlət xidmətlərinin göstərilməsində hər bir əməkdaşın məsuliyyətli və peşəkar olmasının vacibliyi vurğulayaraq, dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edib, işlərində böyük uğurlar, çətin və məsuliyyətli fəaliyyətlərində tükənməz enerji və yüksək nailiyyətlər arzulayıblar.