İyunun 11-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə II karyera sərgisinin açılış tədbiri keçirilib.
Naxçıvan şəhərində təşkil olunan sərgidə gənclər üçün iş və təcrübə imkanları təqdim edilib. II karyera sərgisində 28 dövlət, 14 özəl müəssisə olmaqla, ümumilikdə, 42 təşkilat vakant vəzifə çıxarıb.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif vəzifələr üzrə 34 vakant yer iştirakçılara təklif edir.
Qeyd edək ki, iki gün davam edəcək sərgidə namizədlər müəssisə nümayəndələri ilə görüşmək, şəxsi məlumatlarını təqdim etmək, təcrübə və vakant iş yerləri haqqında birbaşa məlumat almaq imkanı əldə edəcəklər. Sərgi müddətində Bakı şəhərindən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək.