"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Hakerlər indi Microsoft Word faylları ilə hesabları oğurlayırlar!

Hakerlər bu dəfə potensial olaraq qurban seçdikləri insanların və e-poçt xidmətlərinin müdafiəsini qırıb keçən fişinq hücumlarını həyata keçirmək üçün yeni üsul tapıblar. Bunun üçün onlar bilərəkdən korlanmış Microsoft Word fayllarından istifadə etmək qərarına gəliblər. Beləliklə, hakerlər sadəcə düzgün işləməyən Microsoft Word faylları ilə istifadəçilərin hesablarını oğurlayırlar.

Fişinq e-poçtlarında tez-tez zərərli fayllar, zərərli mənbələrə keçidlər və ya endirilmiş fayllar kimi qoşmalar olur. Buna görə də, e-poçt təhlükəsizlik alətləri istifadəçilər e-poçtları almamışdan əvvəl qoşmaları skan edir və potensial qurbanları hücum barədə xəbərdar edir.

Əgər göndərilən mənbə və ya qoşma düzgün işləməzsə, təhlükəsizlik aləti onu oxuya və ya təhlil edə bilməyəcək və buna görə də onu zərərli hesab edə bilməyəcək. Məhz hakerlər də bu boşluqdan istifadə edərək fişinq üçün istifadə etdikləri Microsoft Word fayllarını göndərməzdən əvvəl qəsdən korlamağa başlayıblar. Problem ondadır ki, Word belə faylı asanlıqla təmir edə bilər. Fayl bərpa edildikdən və oxunaqlı olduqdan sonra e-poçtun təhlükəsizlik sistemi artıq faylı skan etmir və potensial qurbana zərərli məzmun göstərilir. Buna görə də aşkar edilən kampaniyanın məqsədi bulud xidmətlərindən istifadəçi məlumatlarını oğurlamaqdır. Mütəxəssislər bildirirlər ki, fayllar əməliyyat sistemində uğurla işə salınır və əksər təhlükəsizlik alətləri tərəfindən aşkar edilmir.