"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Dünyanın ən böyük təbii hidrogen mənbəyi tapılıb!

Uzun illərdir ki, hidrogenin təbiətdə sərbəst şəkildə böyük miqdarda olmadığı düşünülürdü. Lakin Fransada edilən iki böyük kəşf nəinki bu qavrayışı dəyişdirə, həm də enerji dünyasında köklü transformasiyanın qapısını aça bilib. Çünki hidrogenin yerin altında təbii yollarla və bərpa olunan yolla əmələ gəldiyi aşkar edilib.

2023-cü ilin may ayında alimlər Fransanın Lotaringiya bölgəsindəki tərk edilmiş mədənlərdə təbii hidrogen yataqları aşkar ediblər. Daha sonra 2025-ci ilin martında Moselle bölgəsində 1250 metr dərinlikdə edilən kəşflə bu ehtiyatların ölçüsü daha aydın olub. Hesablamalara görə, bu bölgələrdə cəmi 92 milyon ton ağ hidrogen (təbii hidrogen) var və onun iqtisadi dəyəri təqribən 92 milyard dollar hesablanır. Bu resurs bütün dünyada istehsal olunan boz hidrogenin (qalıq mənbələrdən əldə edilən hidrogen) yarısından çoxuna bərabərdir. Keçən il aparılan ayrı bir araşdırma, yeraltı hidrogen anbarlarında təxminən 6,2 trilyon ton hidrogenin olduğunu təxmin edib. Hətta ilkin mənbənin dağların ola biləcəyi bildirilirdi.

Məlum olduğu kimi, bu gün hidrogenin istehsalı zəhmətli bir prosesdir və əksər texnikalar əhəmiyyətli miqdarda çirklənmə yaradır. Yeni kəşf edilmiş ağ hidrogen təbii şəkildə əmələ gəldiyi üçün tamamilə təmiz alternativ təklif edə bilər. Bundan əlavə, alimlər bu hidrogenin bərpa oluna biləcəyini irəli sürürlər. “Serpentinləşmə” adlanan geoloji proses suyun yer qabığındakı dəmirlə zəngin minerallarla reaksiyaya girərək hidrogen istehsal edə bilər. Bu proses davamlı olaraq davam edərsə, ağ hidrogen qalıq yanacaqlar kimi tükənməz bir mənbəyə çevrilə bilər. Bundan əlavə, bu yeni enerji mənbəyi yaşıl hidrogen (bərpa olunan enerjidən istehsal olunur) istehsalı ilə müqayisədə daha az xərclə və karbon emissiyaları olmadan əldə edilə bildiyi üçün ekoloji cəhətdən təmiz alternativ təklif edir.