"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

ChatGPT Microsoft Office tətbiqlərini əvəz edə biləcək

OpenAI ChatGPT üçün böyük bir yeniləmə hazırlayır. Bu yeniləmə çat-botun Excel (.xlsx) və PowerPoint (.pptx) kimi ofis faylları ilə birbaşa işləməsinə imkan verəcək. İstifadəçilər artıq cədvəlləri və təqdimatları birbaşa çat pəncərəsində yarada və redaktə edə biləcəklər - Microsoft Office və ya Google Docs kimi əlavə xidmətləri işə salmağa ehtiyac qalmayacaq. İndiyədək ChatGPT yalnız cədvəl və slaydların mətn versiyalarını yarada bilirdi və bunlar sonradan fərdi şəkildə redaktə olunmalı olurdu. Lakin məlumata görə, OpenAI artıq Microsoft formatları üçün daxili dəstəyi test edir.
Bu o deməkdir ki, təkcə məlumat və mətn toplamaqla kifayətlənməyəcək, həm də formulalar, struktur, vizual elementlər və istənilən formatda ixrac funksiyası ilə tam formatlı sənədlər yaratmaq mümkün olacaq. Bu yenilik Microsoft-un daha əvvəl Excel və PowerPoint formatlarının spesifikasiyalarını açıq şəkildə istifadəyə təqdim etməsi sayəsində mümkün olub. Beləliklə, OpenAI-nın ayrıca lisenziya almasına ehtiyac qalmayıb. Yeni funksiyanın ChatGPT-nin premium versiyasında əlçatan olacağı gözlənilir və yaxın aylarda istifadəyə verilə bilər. Bununla paralel olaraq, OpenAI açıq mənbələrdən və ya korporativ bazalardan məlumat toplayaraq avtomatik hesabatlar hazırlaya bilən süni zəka agentləri üzərində də işləyir.