İlin ikinci yarısına daxil olmağımıza baxmayaraq, Rho Motion mütəxəssisləri artıq cari ilin birinci yarısı üzrə elektromobil bazarının nəticələrini açıqlayıblar. Bu müddət ərzində dünya üzrə 9.1 milyon elektrikli avtomobil satılıb ki, bu da illik müqayisədə 28% artım deməkdir. Çin elektromobil sahəsində ən böyük bazar olaraq qalır və əlavə olaraq 32% artım nümayiş etdirir. Rho Motion-un statistikasına görə, bu ilin ilk 6 ayında Çində 5.5 milyon elektromobil satılıb. Əslində, dünyada bu tip güc qurğusuna sahib avtomobillərin ümumi satış həcminin yarıdan çoxu məhz Çin bazarına aiddir. Burada satılan hər ikinci avtomobil artıq uzun müddətdir ki, elektromobildir. Qeyd etmək lazımdır ki, elektromobil alışına verilən subsidiyaların bir müddət dayandırılması olmasaydı, Çin bazarı ilin birinci yarısında 32%-dən də çox arta bilərdi. Avropa elektromobil bazarına görə dünyada ikinci yeri tutur.