"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
Azər Məmmədrəhimov Şərur rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmədrəhimov 20 iyun 2025-ci il tarixində saat 11:00-da Şərur Rayon Rabitə İdarəsində vətəndaşları qəbul edəcək.
Qəbul zamanı nəqliyyat, telekommunikasiya, internet və poçt xidmətləri və digər müvafiq məsələlərlə bağlı müraciətlər dinləniləcək. Vətəndaşlar öz təklif və şikayətlərini birbaşa səsləndirə bilərlər.
Qəbula yazılmaq və əlavə məlumat almaq üçün Nazirliyin (036) 550-99-04 və ya (010) 230-71-65 nömrəli telefonları vasitəsi ilə qeydiyyatdan keçmək olar.