"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Azər Məmmədrəhimov Şərur rayonunda vətəndaş qəbulu keçirib

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir.
İyunun 20-də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov Şərur rayonunda vətəndaşları qəbul edib.
Vətəndaş qəbulundan öncə Azər Məmmədrəhimov və Şərur rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şərur şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
Şərur Rayon Rabitə İdarəsində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Əsasən telekommunikasiya, nəqliyyat və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Şəhid ailə üzvünündə iştirak etdiyi qəbulda səsləndirilən məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.