"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Azər Məmmədrəhimov Nazirliyin inzibati binasında vətəndaşları qəbul edib.

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov 04 iyul 2025‑ci il tarixində Nazirliyin inzibati binasında vətəndaşları qəbul edib.
Qəbul zamanı əsasən nəqliyyat və internet xidmətləri ilə bağlı müraciətlərə baxılıb, vətəndaşların problemlərinin mövcud qanunvericilik əsasında operativ şəkildə araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2025-ci il üçün müvafiq əmrlə təsdiqlənən "Qəbul qrafiki"nə əsasən həyata keçirilir.