Apple-ın əldə etdiyi yeni patent klaviatura və siçan konseptini tək parçada birləşdirməyi hədəfləyir. Bu yeni sistemdə klaviaturadakı düymə çıxarıla və siçan kimi istifadə edilə bilər.
Şirkətin yeni patentinə əsasən, klaviaturadakı açarı çıxarıb kiçik siçan kimi istifadə etmək olar. MacBook-larda biz həm açar, həm də siçan kimi fəaliyyət göstərən xüsusi düyməni görəcəyik. Apple-ın “Deployable Key Mouse” adlandırdığı bu sistem klaviaturadakı adi düyməni çıxarıb kiçik siçana çevirmək məntiqinə əsaslanır. Mövqe sensoru olan bu düymə kursoru masanın üzərində hərəkət etdirərək idarə etməyə imkan verəcək.
Cihazın ölçüsü ənənəvi siçanlarla müqayisədə kifayət qədər kiçik olacaq. Patent detallarına görə, bu çıxarıla bilən siçanın öz batareyası və dövrə quruluşu olacaq. İstifadə edilmədikdə, o, yerinə oturacaq və adi klaviatura düyməsi kimi fəaliyyət göstərəcək. Apple-ın məqsədi portativ cihazlarda trackpad-ə əlavə olaraq dəqiq kursor idarəetmə variantını təklif etməkdir. “Apple”ın patentinə əsasən, cihaz əlavə siçan daşımaq istəməyən istifadəçilər üçün alternativ həll təklif etməyi hədəfləyir. Bununla belə, cihazın kiçik ölçüləri və erqonomikası onun istifadəçi təcrübəsi baxımından necə performans göstərəcəyini müəmmalı edir.