"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

YouTube Shorts-a Google Veo 3 video generatoru əlavə ediləcək

YouTube-un baş direktoru Neal Mohan bildirib ki, süni zəka əsaslı ən yeni video generasiya modeli olan Google Veo 3 bu yay Shorts adlı qısa şaquli videolar bölməsinə əlavə olunacaq. Mohan həmçinin qeyd edib ki, hazırda qısa videoların orta gündəlik baxış sayı 200 milyardı keçib. Shorts yaradıcıları artıq əvvəlki nəsil Google Veo 2 modelindən istifadə edərək Dream Screen aləti vasitəsilə dinamik fon şəkilləri yarada bilirlər.
Mohan, Veo 3 modelinin Shorts platformasında hansı konkret imkanlar təqdim edəcəyini dəqiqləşdirməyib, lakin video keyfiyyətinin yaxşılaşdırılması və səs yolunun yaradılması imkanı barədə məlumat verib. Hələlik bəlli deyil ki, Shorts yaradıcıları Veo 3-dən istifadə üçün ödəniş etməli olacaqlarmı. Hazırda Veo 3 ilə video yaratmaq üçün Google-un AI Pro və ya AI Ultra adlı ödənişli tarif planlarından birinə abunə olmaq tələb olunur. Süni zəka əsaslı video generatorlarının getdikcə daha geniş yayılması isə hamı tərəfindən müsbət qarşılanmır. The Verge nəşrinin jurnalisti Allison Johnson öz növbəsində Google Veo 3 video generatorunu “zibil satıcısının arzusu” adlandırıb.