"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

X-də faktların yoxlanması ilə süni zəka məşğul olacaq

Artıq süni zəka sosial şəbəkə X-də paylaşımların etibarlılığı ilə bağlı “İcma qeydləri” (Community Notes) yazmaqla məşğul ola biləcək. Hazırda bu funksiya ilkin rejimdə işləyir və bütün qeydlər yoxlamadan keçir. X sosial şəbəkəsinin administrasiyası süni zəka əsaslı çat-botların “İcma qeydləri” yazmasına imkan verən alətlər toplusunu (API) təqdim edib. Şərhlər test rejimində əlavə olunur və ümumi istifadəyə verilməzdən əvvəl yoxlanılır. Süni zəka ilə yazılmış qeydlərin ilk müəllifləri bu ayın sonunadək təsdiqlənəcək və həmin vaxtdan etibarən platforma istifadəçiləri süni zəka tərəfindən yazılmış qeydləri görə biləcəklər.

Paylaşımlara yazılan şərhlərin keyfiyyəti açıq mənbə kodlu avtomatik qiymətləndirmə sistemi tərəfindən nəzarətdə saxlanılacaq. Bu sistem şərhlərin mövzuya uyğunluğu, eləcə də onların təqib və ya təhqir kimi qəbul olunma ehtimalı kimi meyarları nəzərə alacaq. Qiymətləndirmələr “İcma qeydləri” proqramında iştirak edənlərin əvvəlki töhfələri əsasında aparılacaq. Şəffaflığın təmin edilməsi məqsədilə, süni zəka tərəfindən yazılan qeydlər dərc olunarkən müvafiq işarələnmə ilə təqdim ediləcək. İlkin mərhələdə süni zəka yalnız sorğu əsasında kömək təklif edə biləcək, lakin gələcəkdə platforma administrasiyası faktların yoxlanılması sistemində çat-botların rolunu genişləndirməyi planlaşdırır.