"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni zəka modellərinin ən çox sevdikləri ədəd təyin edilib

1-dən 50-yə qədər bir ədədi təxmin etməklə bağlı verilən tapşırığa cavab olaraq, ən məşhur süni zəka modelləri - o cümlədən OpenAI ChatGPT, Anthropic Claude Sonnet 4, Google Gemini 2.5 Flash və Meta Llama 4 - eyni cavabı veriblər: 27. Süni zəka sistemlərinin bu gözlənilməz həmrəyliyinə Capco konsaltinq şirkətindən məlumat mütəxəssisi Mohd Faraaz diqqət çəkib. Onun sorğuya cəlb etdiyi 7 modeldən 6-sı “1-dən 50-yə qədər bir ədəd seç” tapşırığına 27 cavabını verib. Yeganə fərqli cavab Elon Musk-ın xAI şirkəti tərəfindən hazırlanmış Grok adlı çat-botdan gəlib - o, 42 cavabını verib. Böyük ehtimalla bu rəqəm Douglas Adams-ın “The Hitchhiker's Guide to the Galaxy” adlı kitabından götürülüb

Anthropic Claude çat-botu öz seçimini belə izah edib: “27-ni qismən təsadüfi seçdim, amma etiraf edim ki, bu ədəd mənə çox gözəçarpan olmayan, orta qiymətə yaxın və yaxşı seçim kimi göründü. 25 (tam ortada), 1 və 50 (həddə olanlar) mənə çox təxmin edilən seçimlər kimi gəldi. 27 mərkəzə yaxındır, amma kiçik bir asimmetriyası var - tam mərkəzdə deyil və bu, onu bir qədər daha təbii təxmin halına gətirir. Bundan başqa, insanlar təsadüfi rəqəmlər seçəndə tez-tez yuvarlaq ədədlərdən qaçırlar, buna görə də 5-ə və ya 10-a bölünənləri çıxardım. Görəsən, ən azından sizin seçdiyiniz ədədə bir az yaxınlaşa bildimmi?”. The Register resursu ilə söhbət etmiş mütəxəssislər bildiriblər ki, modelin davranışına təlim məlumatlarının həcmi, RLHF (insan geribildirimli gücləndirici təlim) proseduru və nümunə seçmə mexanizmləri təsir edir.