13 iyun 2025-ci il tarixdən təhlükəsizlik məqsədilə Naxçıvan-Bakı və əks istiqamətə avtobus reysləri dayandırılıb.
Qeyd edək ki, İran ərazisindən keçməklə reallaşan Naxçıvan-Bakı-Naxçıvan reyslərinin dayandırılmasına səbəb Yaxın Şərqdə baş verən son hadisələrdir.
Hər iki istiqamətdə reyslərin bərpası ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.
Sərnişinlər əlavə məlumat almaq üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.