"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub

2012-ci ildə CERN-dən olan fiziklər Böyük Adron Kollayderində (BAK) aparılmış təcrübə zamanı indiyədək süni yolla yaradılmış ən yüksək temperaturu qeydə alıblar. Söhbət, 5 trilyon dərəcə Selsi temperaturdan gedir. Bu, Günəşin nüvəsinin təxminən 15 milyon dərəcə olan temperaturundan 300 000 dəfə çoxdur. Fiziklərin sözlərinə görə, kainatda mövcud olan ən isti ulduzların temperaturu 100 milyon dərəcə Selsiyə çatır. Lakin BAK-da aparılan təcrübələr zamanı trilyonlarla dərəcə temperatur əldə etmək mümkündür və indiyədək qırılmayan bu rekord 13 il əvvəl müəyyən edilib. Bu, süni şəkildə yaradılmış ən yüksək temperatur hesab olunur. Xatırladaq ki, BAK Yer üzündəki ən güclü hissəcik sürətləndiricisidir və İsveçrədə, yer səthindən 50-175 metr dərinlikdə yerləşir. Bu qurğu 27 kilometr uzunluğunda halqa formasında bir tuneldən ibarətdir və son dərəcə güclü, dərin soyudulmuş, yüksək keçiriciliyə malik elektromaqnitlərdən qurulub.

Onlar hissəcikləri işığın sürətinin 99.99%-nə qədər (işığın sürəti - 300 000 km/s) sürətləndirməyə qadirdirlər. BAK-ın əsas məqsədi alimlərə materiyanın ən kiçik komponentlərini araşdıraraq və Böyük partlayışdan sonrakı ilk anlarda mövcud olmuş şəraitləri yenidən yaradaraq təbiətin fundamental qanunlarını daha dərindən anlamaqda kömək etməkdir. Tunelin daxilində hissəciklər - əsasən protonlar və ya qurğuşun ionları - əks istiqamətlərdə demək olar ki, işıq sürətinə qədər sürətləndirilir və sonra onlar bir neçə nöqtədə bir-biri ilə toqquşurlar. Bu toqquşmalar zamanı yaranan enerji Yer üzərində əldə olunmuş hər hansı digər enerjidən yüksəkdir. Böyük partlayışdan sonrakı ilk saniyələrdə mövcud olmuş kvark-qlüon plazmasının xüsusiyyətlərini öyrənmək üçün keçirilmiş təcrübə zamanı 5 trilyon dərəcə Selsi temperatur qeydə alınıb.