"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Facebook hesabına şifrəsiz daxil olmaq mümkün olacaq

Facebook Passkey (giriş açarı) texnologiyası ilə avtorizasiya dəstəyini tətbiq etməyə başlayıb. Bu o deməkdir ki, istifadəçilər artıq ənənəvi şifrələrdən imtina edib, barmaq izi və ya üz tanıma kimi daha etibarlı identifikasiya üsulunu seçə biləcəklər. Bu yanaşma sosial şəbəkə hesablarına icazəsiz giriş cəhdlərini xeyli çətinləşdirir. Passkey texnologiyası standart şifrələrə nisbətən daha təhlükəsiz alternativ hesab olunur, çünki giriş açarını nə tapmaq, nə də üçüncü şəxslərə ötürmək mümkündür. Həmçinin bu texnologiya fişinq hücumlarına qarşı da müdafiəni təmin edir. Yəni cinayətkarlar istifadəçiləri saxta saytlara yönləndirərək avtorizasiya məlumatlarını əldə edə bilməzlər.

Çünki giriş açarı konkret bir domenə bağlıdır və brauzer onu başqa saytlarda, o cümlədən fişinq məqsədilə yaradılmış səhifələrdə istifadə etməyə cəhd göstərməyəcək. Meta giriş açarlarının dəstəklənməsinin dəqiq tarixlərini açıqlamayıb, yalnız bu funksiyanın yaxın zamanda Android və iOS üçün nəzərdə tutulmuş tətbiqlərdə istifadəyə veriləcəyini bildirib. Bundan əlavə, şirkət giriş açarlarının dəstəyini Messenger mesajlaşma tətbiqinə də əlavə etməyi planlaşdırır ki, istifadəçilər Facebook-da istifadə etdikləri eyni giriş açarını orada da tətbiq edə bilsinlər. Platformaya daxil olmaq üçün həmçinin fiziki açar və ya iki faktorlu autentifikasiya texnologiyasından da istifadə etmək mümkün olacaq.