"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan qələbəyə" intellektual bilik yarışı keçirilib

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" və 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş nazirliyin aparatının və tabeli qurumlarının əməkdaşlarından ibarət komandalar arasında "Qurtuluşdan qələbəyə" intelektual bilik yarışı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov tədbir iştirakçılarını salamlayıb, günün mahiyyəti barədə məlumat verib, komandalara uğurlar arzulayıb.
4 komandanın mübarizə apardığı intellektual oyunda əsasən Milli qurtuluş tarixi, Ulu Öndər Heydər Əliyev irsi, Rəqəmsal Azərbaycan və inkişaf, eləcə də Azərbaycan coğrafiyası və nəqliyyat ilə bağlı suallar cavablandırılıb.
4 turdan ibarət yarışın yekun nəticələrinə əsasən "N-Telekom" kamandası birinci, "Rəqəmsal zəka" komandası ikinci, "NANA" komandası isə üçüncü yerdə qərarlaşıb.
Yer tutmuş komandalar Fəxri Fərman , sertifikat və rəmzi hədiyələrlə təltif olunublar.